8 noyabr prospektində təmir işləri aparılan yolda vəziyyət nə yerdədir? - VİDEO

18-12-2023, 12:34           
8 noyabr prospektində təmir işləri aparılan yolda vəziyyət nə yerdədir? - VİDEO
Xətai rayonu 8 noyabr prospektində asfalt qatı qaşınıb, yol yatağı əsaslı şəkildə yenilənib.

Xezerxeber.az xəbər verir ki, hava şəraitindən asılı olmayaraq, ərazidə yenidənqurma işləri davam edir.

Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən təmir işləri “Gənclik” parkının qarşısı, Heydər Əliyev Beynəlxalq Hava Limanı istiqamətində görülür.

İş icraçılarının verdiyi məlumata görə, hava şəraiti əlverişli olsa, frezlənmə sabah davam etdiriləcək.
Təmirlə əlaqədər olaraq yolda hərəkətin təşkilində dəyişiklik edilib.

Daha ətraflı videomaterialı təqdim edirik:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]