Vətəndaşlar dərmanların qiyməti və keyfiyyətindən narazıdırlar - Çıxış yolu nədir?

17-12-2022, 10:08           
Vətəndaşlar dərmanların qiyməti və keyfiyyətindən narazıdırlar -
Bəzi vətəndaşlar dərmanların qiymətinin yüksək, bəziləri isə keyfiyyətin aşağı olmasından narazıdırlar.

Hətta buna görə bir çox insan daha keyfiyyətli və ucuz olsun deyə dərmanlarını xarici ölkələrdən gətirməyə çalışır.

Həkimlər də ölkədə dərmanla bağlı yaranmış vəziyyətdən narazıdırlar.

TEREF.AZ yazır ki, Xezerxeber.az-ın məlumatına görə, mövzu ilə bağlı danışan millət vəkili Razi Nurullayev hesab edir ki, dərmanların digər ölkələrlə müqayisədə dəfələrlə baha satılması doğru deyil.

Deputat Rüfət Quliyev isə hazırda bir sıra dərman preparatlarının satışda tapılmamasına diqqət çəkib.

Millət vəkilləri düşünürlər ki, hazırkı vəziyyətdən qısa müddətdə çıxış yolu xaricdən şəxsi istifadə üçün dərman gətirilməsi qaydalarının ən qısa zamanda təsdiqlənməsidir. Həmçinin qonşu ölkələrin dərman firmaları ilə münasib şərtlərlə idxal müqavilələri bağlanmalıdır. Daha uzun müddət üçün çıxış yolu isə yerli dərman zavodlarının tikilməsidir.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]