Daha bir məktəbdə BİABIRÇILIQ: şagirdlər müəllimi döydü - BU NƏDİ BELƏ?

15-12-2022, 16:32           
Daha bir məktəbdə BİABIRÇILIQ: şagirdlər müəllimi döydü -
Azərbaycanda məktəblərin birində şagirdlərin ədəbsizlik etdiyi görüntülər yayılıb.

TEREF.AZ Lent.az-a istinadla xəbər verir ki, həmin anın görüntüləri sosial şəbəkələrdə yayılıb.

Belə ki, məktəblərin birində iki şagird sinifdə müəllimə qarşı qeyri-etik davranışlar sərgiləyiblər. Şagirdlər sinifdə mahnı qoşaraq müəllim qarşısında oynayıblar.

Qeyd edək ki, məsələ ilə bağlı Bakı şəhər üzrə Təhsil İdarəsinə müraciət etdik. Bakı şəhər üzrə Təhsil İdarəsindən Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, sosial şəbəkələrdə yayılan video köhnə videodur və hadisənin hansı məktəbdə baş verdiyi məlum deyil. Maraq doğuran məqam da budur ki, hadisənin üzərindən zaman keçsə belə məktəbin yeri müəyyən edilməyib.

VİDEO BURADA: https://www.youtube.com/shorts/x48jsXieN80












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]