Pandemiya dövründə yazılan cərimələr silinəcək? - AÇIQLAMA

19-03-2022, 00:01           
Pandemiya dövründə yazılan cərimələr silinəcək? - AÇIQLAMA
“Pandemiya dövründə müəyyənləşdirilən məhdudiyyətləri, karantin qaydalarını pozmağa görə ayrıca bir amnistiya olarsa cərimələr ödənilməyə bilər”.

Bu sözləri Manset.az-a açıqlamasında “Konstitusiya Araşdırmaları” Fondunun prezidenti Əliməmməd Nuriyev bildirib.

O, əlavə edib ki, aministiya olmasa cərimələrin silinməsi mümkün deyil:

“Karantin rejimi may ayının 1-nə qədər davam edəcək. Bu baxımdan qanunvericilik vətəndaşlara bu imkanı tanımır. Baxmayaraq ki, karantin rejimi yumşaldılıb, bunlarla bağlı verilən sanksiyalar karantin rejiminin qaydaları qüvvədə olan dövrdə onları pozduğu üçün olub. Ona görə də, həmin cərimələrin ödənişi həyata keçirilməlidir”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]