Peskov: Kulebanın bəyanatı ilə bağlı danışmaq çətindir

26-07-2024, 10:18           
Peskov: Kulebanın bəyanatı ilə bağlı danışmaq çətindir
Kreml sözçüsü deyib ki, nazir Kulebanın açıqlamalarını ÇXR-in rəsmi nümayəndəsinin dilindən bilirlər.
Sputnik. Ukrayna xarici işlər nazirinin Çindəki bəyanatları ilə bağlı hələ ki, heç bir izahat yoxdur, ona görə də hələlik hər hansı təfərrüat barədə danışmaq çətindir. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov çərşənbə günü jurnalistlərə bildirib.
İyulun 24-də Kuleba Çinin xarici işlər naziri Vanq Yi ilə söhbətində Ukrayna tərəfinin Rusiya tərəfi ilə danışıqlara hazır olduğunu bildirib. Onun sözlərini Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Nin sitat gətirib. Eyni zamanda, Kiyev əvvəllər qanunvericilik səviyyəsində danışıqlara qadağa qoyub və Moskvanın dialoqa hazır olması barədə bəyanatlarına məhəl qoymayıb.
"Niyə indi? Yəqin ki, onların özlərindən soruşsalar daha yaxşı olardı. Biz nazir Kulebanın açıqlamalarını ÇXR-in rəsmi nümayəndəsinin dilindən bilirik. İndiyə qədərbu fikirlərə heç bir aydınlıq gətırilməyib, ona görə də detallar barədə danışmaq çətindir", - Peskov jurnalistlərə bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]