Ukraynalı deputat Zelenskinin bank hesablarını açıqladı - "Mayamidə 34 milyon dollara villa...
24-02-2022, 00:02
"Ukrayna prezidenti Vladimir Zelenskinin bank hesabları hakimiyyətinin iki il yarımı ərzində 1,2 milyard dollardan çox vəsaitlə doldurulub".
Bizimxeber.az bildirir ki, bu barədə Ali Radanın deputatı İlya Kiva özünün "Telegram" kanalında yazıb.
O, yazıb ki, pullar ukraynalı oliqarxların hesablarından "tranşlar”la daxil olub: "Zelenski Mayamidə 34 milyon dollara villa, həmçinin ümumilikdə 5,6 milyon rubl dəyərində səkkiz dəst Graff zinət əşyası almaq üçün pul xərcləyib. Tamamilə aydındır ki, Almaniya və Fransa hakimiyyətlərinin nəzarəti olmadan BVF və transmilli korporasiyalar, o cümlədən nəhəng Big Pharmacy tərəfindən Ukraynadan çıxarılan vəsaitlərin hərəkəti mümkün deyil", - deyə deputat yazıb.
Kiva həmçinin əlavə edib ki, Zelenski ilə yanaşı, Belarusun keçmiş prezidentliyə namizədi Svetlana Tixanovskaya və Ukraynanın keçmiş baş naziri Arseni Yatsenyukun da eyni bankda hesabları var: "Hər bir prezident və komandası milyarder olub getdi. Zelenski də istisna deyil. Amma onu həbsxana gözləyir". parlamentari yazıb.