"Guya indiki səviyyəyə həyat yoldaşımın sayəsində gəlib çatmışam" - Mübariz Mənsimov

19-02-2020, 10:52           
"Guya indiki səviyyəyə həyat yoldaşımın sayəsində gəlib çatmışam" - Mübariz Mənsimov
"Mənim gəmilərdə aşpaz işləməyimi qabardırlar, yazırlar ki, guya indiki səviyyəyə həyat yoldaşımın sayəsində gəlib çatmışam".
Yeniavaz.com xəbər verir ki, bunu “Palmali” şirkətinin rəhbəri Mübariz Mənsimov feysbuk hesabında yazıb. O bildirib ki, heç vaxt aşpaz işləməyindən utanmayıb və bunu həmişə hər yerdə açıq deyib:
“Əsas odur ki, halallıqla qazanıb, haram yeməmişəm. “Palmali” kimi böyük şirkətin sahibi olmağıma isə, nə həyat yoldaşım, nə də qayınatam səbəb olub. Bilin ki, mənim də, xanımımın da ailəsi sadə fəhlə ailəsidir. Nə qazandımsa, “Palmali” ailəsi və dostlarımla birlikdə qazandım. Dənizlərdə min əziyyətə qatlaşıb, fırtınalarla sinə gərərək uğurlar əldə etmişik”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]