İki Tolstoy - Biri humanist, digəri faşist

31-08-2026, 00:03           
İki Tolstoy - Biri humanist, digəri faşist
Tolstoylar çoxdur.
Amma mən iki Tolstoy haqqında qısaca yazmaq istəyirəm.
Onlardan biri Lev Tolstoydur. Rusiyanın nəhəng klassiklərindən biridir. Düzdür, həyat və dünyagörüşü ziddiyyətlərnən doludur. Ömür boyu “yaxşı din” axtarıb. Hətta, ömrünün son illərində İslam dini ilə maraqlanmış və bu dinə heyranlığını bildirmişdir... Bunlar öz yerində... O, əsərlərində daha çox humanizm ideyalarını, bərabərliyi, ədaləti təsvir və təbliğ edib. Əsərlərinin yəqin ki, bir neçəsini oxumusuz.
Sözü qısası, əgər düsək ki, “Tolstoy bütün xalqları azad görmək istəyirdi”, heç də yanılmarıq. Qraf Ukrayna xalqını da çox sevir, bu xalqın dilinin çox musiqili, melodik olduğunu vurğulayırdı.
Bəs haqında bir-iki kəlmə demək istədiyim ikinci Tolstoy kamdir? Bu, Pyotr Tolstoydur. Pyotr adlı bu faşist düşüncəli raşist Lev Tolstoyun kötükcəsidir. Daha doğrusu, həmin bu Pyotr, Tolstoyun nəvəsi İlyanın nəvəsidir. Pyotr Rusiya dövlət Dumasının vitse-spikeridir. Hiss olunur ki, ağlı yerində deyil. Bu adam efirlərdən tez-tez Ukrayna şəhərlərinin bombalanmasını, əhalinin qətliamını tələb edir. O, deyir ki, biz ukraynalıları elə günə salmalıyıq ki, onlar əllərini qaldıraraq qoşunlarımızın qarşısında diz çöksünlər.
İndi belə bir əbləhə nə deyəsən?
Bu faşist Pyotr Tolstoyun babası humanist Lev Tolstoyun bir fikri yadıma düşdü: “Mən möhkəm əminəm ki, dünyanı axmaqlar idarə edir”. (“Я серьезно убежден, что миром управляют совсем сумасшедшие”).
Hər halda bu ifadə onun öz kötükcəsinə daha çox uyğun gəlir.
Elə deyilmi?
Фируз Мустафа













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]