Dünya xalqları tarix boyu hardasa 5 dəfə böyük köç yaşayıb, bir-birinə qarışıb.

30-08-2026, 11:54           
Dünya xalqları tarix boyu hardasa 5 dəfə böyük köç yaşayıb, bir-birinə qarışıb.
1. Bəşəri köç: İnsanların Afrikadan çıxaraq Avropa, Asiya, Avstraliya və Amerikaya köçü.
2. Hind-Avropa və Sami köçləri (e.ə. IV minillikdən başlayaraq).
3. Hunların qərbə hərəkəti ilə başlayıb Avropa və Asiyanın siyasi xəritəsini kökündən dəyişən böyük köçlər.
4. Ərəb, türk və vikinq işğalları ilə başlayan köçlər.
5. Amerikanın kəşfi ilə başlayan köçlər.
Bu sadaladığım hər köç zamanı baş verən qarışıqlıq nəticəsində hansısa millətlər, tayfalar və dövlətlər yox olub, onların yerinə yeni millətlər və dövlətlər yaranıb.
Hazırda dünya 6-cı böyük köçünü yaşayır: kasıb ölkələrdən varlı ölkələrə köç dalğası. Bunun qarşısını heç nə ala bilməyəcək. Xoşladılar, xoşlamadılar, Qərbin gənc əhaliyə ehtiyacı var. Təkcə Almaniya hər il hardasa 400.000 ixtisaslı miqrant tapmalıdır.
Yaponiya kimi özünə qapalı ölkə belə Hindistana və Türkiyəyə qapı açıb. Doğum göstəriciləri əhalinin sadə bərpa həddindən dəfələrlə aşağı düşüb.
Bu qarışıqlıqdan ən çox radikal, irqçi qruplaşmalar və partiyalar istifadə edib dəstəkçi toplayırlar. “Bizim miqranta ehtiyacımız yoxdur” tezisi ilə mövqelərini möhkəmləndirirlər. Yaxın illərdə Avropanı millətçilər tam götürəcək. Avropa və Şərqi Asiyanın 80 illik liberalizm dövrü son günlərini yaşayır.
Orxan Atabəy












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]