Qurdun gizli ordusu.
29-08-2026, 10:08

Bu il ilk kütləvi milli partiyamız olan "Difai"nin yaranmasının 120 illiyidir. Bu siyasi təşkilat 1905-ci ildə Bakıda və Gəncədə, Daşnaksütun partiyasının terrorizminə və çar istibdadına qarşı mübarizə aparmaq üçün yaradılmışdı.Partiyanın əsas qurucusu və ideoloqu görkəmli ziyalı, publisist Əhməd bəy Ağaoğlu idi.
Təşklatın şüarlarından birində deyilirdi: Biz heç bir vaxt biz öz millətimizin bədbəxtliyi üzərində erməni millətinin səadət və xoşbəxtlik qurmasına yol vermərik!
Nağı bəy Şeyxzamanlı xatirələrində yazırdı: "Rus idarəsinin hər təşkilatında Difainin adamları var idi, xüsusilə də Rus Milli Təhlükəsizliyində tərcüməçi və katib Sədrəddin adında çox qiymətli bir qardaş var idi. Bu rus məmurlarında böyük qorxu yaradırdı"
... "Difai" firqəsinin ilk "nəhəng" qurbanı Gəncə qubernatorunun müşaviri Kreşçinski olur. Gəncə qubernatorunun müşaviri Kreşçinski Şuşada olduğu zaman ermənilərə köməklik etmişdi. Kreşçinskini öldürmək üçün "Difai" Partiyası Gəncə təşkilatının üzvləri öz aralarında püşk atırlar və püşk Gəncənin Topalhəsən kəndinin sakini Səmədə düşür. Kreşçinski çox keçmir ki, Gəncədə elə öz evinin qabağındaca layiq olduğu cəzanı alır.
Qətlin ertəsi gününün gecəsi "Difai" firqəsinin möhürüylə divarlara bəyannamələr yapışdırılır. Qeyd edim ki, Şuşada ermənilərə dəstək verən general Qoloşapov və Naxçıvanda qırğınlarda iştirak edən qəza rəisi Enkel məhz Difainin qərarı ilə öldürülmüşdü...
Bundan başqa Gəncə həbsxanasının imamı olan müsəlman mollası Molla Atakişi (Molla Hədi) rus gizli polisinə xəfiyyəçilik edərək Difainin bir neçə üzvünü ələ verdiyi üçün partiyanın qərarı ilə öldürülmüşdü. .Onun cənazəsini polislər qaldırırlar, cəsədi bütün günü evində qalır. Mollalardan heç kim cənazə namazın qılıb onu dəfn etməyə cürət etməmişdi...
Partiya öz ideyalarını yaymaq və erməni fitnəkarlığını ifşa etmək üçün "İrşad" qəzetindən geniş istifadə edirdi. Difai partiyasının yaydığı bəyanatda bildirilirdi: “Bu, Qafqaz müsəlmanlarının şərəf və ləyaqətinin müdafiəsi yolunda partiyanın ilk qisas aktıdır. İndi minlərlə dərdli ana və bacılarımızın göz yaşı quruyacaqdır"
Bu rus məmurlarında böyük qorxu yaradır.
Ps. ""Difai" Partiyasının rəhbərləri erməniləri türklərə qarşı təhrik edən rus idarəsinin yüksək vəzifəli məmurları aradan götürmək istisna deyildi Bu, "Difai" Partiyasının qərarı idi..."
Hüseyn Baykara. Azərbaycan İstiqlal Mübarizəsi Tarixi, səh. 124.
sözardı 1. "Difai" partiyası Azərbaycan xalqının sırf millətçi təmələ söykənən ilk siyasi təşkilatlarından biri hesab olunur. Təşkilat fəaliyyətini tam dayandırdıqdan sonra, onun bir çox üzvləri və rəhbər heyəti sonradan yaradılan Müsavat Partiyasının sıralarına qatılmış və Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) qurulmasında mühüm rol oynamışdılar.
sözardı 2. Məhəmməd ağa Şahtaxlı, Əli bəy Hüseynzadə, Fətəli xan Xoyski, Nəsib bəy Yusifbəyli, Mirzə Şəfi Vazeh kimi görkəmli ziyalılar və ictimai xadimlər Difai partiyasının təsisçiləri sırasında yer almışdılar.."Difai"nin Mərkəzi Komitəsinə başqa partiyaların üzvləri də daxil idi. O dövrdə bu hal çox səciyyəvi idi. Bir sıra partiya xadimləri bir təşkilatdan digərinə keçir, ya da eyni vaxtda bir neçə partiyanın üzvü olurdular. Sonradan eyni mənzərəni "Müdafiə" partiyasında da müşahidə etmək olardı. Gəncə, Zəyəm, Qazax, Borçalı və başqa mahallarda "Difai"nin keçmiş üzvlərinin bəziləri "Müdafiə partiyasının üzvləri olmuşlar. X.Məmmədov arxiv məlumatlarına istinadla göstərir ki, M.Ə.Rəsulzadə də "Difai" partiyasının üzvləri sırasında olmuşdur. "Difai" partiyası daim təqiblərə məruz qalır, hakimiyyət orqanları onu müşahidə altında saxlayırdı. Buna görə o, leqal xeyriyyə cəmiyyətlərinin himayəsi altında Mərkəzi Müsəlman Xeyriyyə Cəmiyyəti adı ilə fəaliyyət göstərməyə məcbur idi.
Baba Allahnəzərov


