Zəka insan beyninin məhsuldarlıq potensialıdırsa, intellekt o beyndə həmin boy atan məhsuldur.

28-08-2026, 08:34           
Zəka insan beyninin məhsuldarlıq potensialıdırsa, intellekt o beyndə həmin boy atan məhsuldur.
Əziz İlhamiyyə Rzanın bir statusu haqda düşüncələrim…
İlhamiyyə yazır ki, biz “intellekt” yerinə “zəka” sözündən istifadə etmək olar.
Məncə, zəka və intellekt anlayışları gündəlik həyatda tez-tez bir-birinin əvəzinə işlədilsə də, mənşəyi, əhatə dairəsi və psixoloji mahiyyəti baxımından aralarında mühüm fərqlər var.
Mənşə və kök olaraq
—Zəka: Ərəbcə zkâ (parlamaq, itiləşmək) kökündən gəlir. Anadangəlmə olan zehni sürəti, qavrayış itiliyini və çevikliyi ifadə edir.
—İntellekt: Latınca intellectus (anlamaq, seçmək, dərk etmək) sözündən yaranıb. Daha çox mühakimə yürütmə, təhlil etmə və məntiqi düşünmə qabiliyyətinə söykənir.
Əsas Fərqləri:
Zəka (lntelligense) - Bioloji və genetik təməllidir; potensialdır…Yeni vəziyyətlərə tez uyğunlaşma və problem həlletmədir… Anadangəlmə zehni tutum və intuitiv qavrayışdır…
İntellekt (Intellect) - Qazanılmış, işlənmiş və formalaşdırılmış bilikdir…Mücərrəd düşünmə, analitik təhlil və mühakimədir…Mütaliə, təcrübə, təhsil və mədəni birikimdir…
Qısaca olaraq:
Zəka insan beyninin məhsuldarlıq potensialıdırsa,
intellekt o beyndə həmin boy atan məhsuldur.
Yüksək zəkaya sahib bir insan sistemli bilik və təfəkkürlə onu işlətməzsə, intellektual səviyyəyə çevrilməyə bilər.
İbrahim Nebioğlu












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]