ETRUSK VEL - VELETİNİN- ÖVLADININ CEZALANDIRILMA SƏHNƏSİ
29-08-2026, 12:14

Avropalı müəllif bu səhnəni qanadlı qadına işarədən bu cür anlayır:
"Sehrbaz Aita".
"Perugia şəhərindəki Roma Etrusk Muzeyində saxlanılan, eramızdan əvvəl II əsrə aid Perugia külü olan bir küpün üzərində oyulmuş relyef. Otto Vulcanonun "Etrusklar" kitabından illüstrasiya".
Küpün üzərindəki yazı sağdan sola aşağıdakı kimi deşifrə olunur:
VEL : TİTVLS VESİM : ARNOİAL
“Azərtürkün linqvistik təkrar modelləşdirmə metodu” ilə bu cür seqmentasiyaya vardırılır:
Vel / Vel[e]t it v[u]ls[a] vesim, arnoi al.
Lüğət:
VEL – VEL[ET] – 1) уст. дитя, сын; velet zina – ублюдок, внебрачный ребёнок; 2) арго пацан; şu veletleri kov buradan – гони этих пацанов отсюда.
Mümkündür ki, ərəbin hesab olunan Vəliəhd sözünün kökündə Etruskun Vel`i, türkün indi ölü sayılan Velet`i durub.
VESİM – 1) Красивый, миловидный, прелестный – gözəl, xoş, mehriban, cazibədar, 2) клеймённый – damğalı, damğlanmış, damğa, dağ basılmış, dağlanmış.
ARNOİ – addır. Kişi (erkek) adı.
AL – almaq feilinin əmr, burada acizanə xahiş forması.
Mətndə iki cümlədir. Budur onlar:
VEL / VELET – ÖVLAD, OĞUL İT ULSA [BELE], GÖZƏL.
ARNOİ AL [MƏNİ (bu cəlladların) ƏLİNDƏN].
Sonuncu, “ - Arnoi al !” sözləri ağlagəlməz alətləri ilə zəngin çox ağır cəza taxtına çıxarılmış (endilrimiş) övladın sözləridir. Müdafiəsinə qalxmış kişinin biləyindən yapışaraq onu qaniçən valideynlərinin əllərindən almasını xahiş edir.
Şəkildəki qanadlı qadın anadır. A, görünür, arxaya atılmış ucunda sırayla düzülmüş metal zəncirlər olan alətlə (bizdə Şaxsey-vaxsydə işlədilənin əcdadı) oğluna zərbə endirir. Sağ əlində yəqin ağır aləti bu an vurmaq üçün endirməyə qaldırmış Roma hərb zabiti formasındakı oğluna işgəncə verən kişi - ailənin böyüyü – atadır.
Qurşaqdan aşağı çıxılmaz, görünür, bürünc dairəyə salınıb valideynləri tərəfindən cəzalandırılan ailənin böyük oğludur. Ata oğulun başına qurudulmuş it başının müqəvvasını geydirib, sol əlində tutduğu qalın və uzun metal çubuqla onu özünə doğru dartaraq, ona zərbələr vurur. Faciəvi səhnədən dəhşətə gələrək atanın ayaqları altında dolaşıb qalmış ailənin kiçik oğludur.
Solda əlində iri qalxan tutub, damğalanan oğulun müdafiəsinə qalxmış kişi ya ailənin yaxın dostu, ya, deyək ki, atanın qardaşıdır.
Ya cəmiyyətdə nüfuzu olan döyüşçüdür. Adı Arnoi`dur.
Heykəltəraş onun əlinə qəsdən, yalnız, müdafiə simvolu olan qalxan verib; qəmə, xəncər, qılınc və ya ox versəydi, fiqur öz funksiyasını itirmiş olacaqdı. Onsuz da tamamlanmamış cümlə tam anlaşılmaz qalacaqdı. Və hamıya elə gələcəkdi ki, hər tərəfdən buxovlanmış VEL və ya VELET – oğul, övlad üç fiqur tərəfindən eyni zamanda cəzalandırılır.
*** *** ***
•Elə bilmən Etrusklar, ancaq kef eləyiblər. Dövrün əxlaq normaları zamanın özü kimi ağır olub.
___________________________________________________
Şəkil 1. Böyük oğulun cəzalandırılması səhnəsi.
Şəkil 2 birincinin atanın sınmış qolunun və oğlunun başına it başının müqəvvasını geydirib, onu boğazına ataraq özünə doğru dartdığı sınmış metal tutacağın bərpasından sonra. Ananın da sol qolu çiynindən sınıb. U yoxdur. Onun nə funksiya daşıdığı məlum olmasa da, bu səhnədə ona elə bir ciddi rol vermək çətindir.
Tariyel Azerturk


