Almaniyanın ən böyük hava limanlarından birində uçuş-enmə zolağı su altında qaldı - VİDEO

18-08-2023, 14:14           
Almaniyanın ən böyük hava limanlarından birində uçuş-enmə zolağı su altında qaldı - VİDEO
Almaniyanın Frankfurt-Mayn şəhəri güclü yağışlardan sonra gölə çevrilib və hər yerdə daşqınlar müşahidə olunur.

Kəskin yağışlardan sonra Almaniyanın beynəlxalq qovşağı və ən böyük hava limanı iflic olub. Uçuş-enmə zolağı su altında qalıb. Laynerlər nəinki eniş edə bilməyib, hətta sərnişinlərin göyərtədən çıxmaq imkanı belə olmayıb.

Yeraltı keçidlər və dayanacaqlar, ticarət mərkəzləri, metro stansiyaları su altında qalıb. Nə hasarlar, nə də qapılar su axınının qarşısını ala bilməyib. Eskalatorlardan - “şəlalələr” və “gur çaylar” axmağa başlayıb. Küçələr fəvvarələrə çevrilib. Su avtomobillərin az qala pəncərələrinə qədər yüksəlib, həmçinin piyadalar üçün də çətinliklər yaranıb.

Mənbə: 1tv.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]