60-dan çox jurnalist koronavirusdan ölüb

2-06-2020, 00:02           
60-dan çox jurnalist koronavirusdan ölüb
Rusiyada 400-dən çox jurnalist koronavirus infeksiyasına yoluxub. Azvision.az xəbər verir ki, bu barədə Rusiya Jurnalistlər İttifaqının sədri Vladimir Solovyov bildirib.

Onun sözlərinə görə, beş KİV əməkdaşı pandemiyanın qurbanı olub, bir çox jurnalistlər isə xəstəliyi yüngül formada keçirib.

Bundan əlavə, Vladimir Solovyov qeyd edib ki, indiyədək dünyada 60-dan çox mətbuat nümayəndəsi COVID-19 xəstəliyindən vəfat edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]