Eriksen sözünü tutmadı, formasını yandırdılar

6-07-2022, 12:48           
Eriksen sözünü tutmadı, formasını yandırdılar
"Tottenhem"in sabiq futbolçusu Kristian Eriksenin "Mançester Yunayted"lə razılaşması London təmsilçisinin bəzi azarkeşlərini əsəbiləşdirib.

Qol.az xəbər verir ki, bu barədə goal.com məlumat yayıb. 30 yaşlı yarımmüdafiəçi 2017-ci ildə "Tottenhem"in prezidenti Daniel Leviyə İngiltərədə başqa bir komandada oynamayacağına dair söz vermişdi. Eriksenin bu vədini tutmaması "Tottenhem" fanatlarının qəzəbinə səbəb olub. Bir neçə azarkeş Eriksenin "Tottenhem"dəki 23 nömrəli formasını yandırıb. Bəzi tərəfdarlar isə danimarkalı oyunçunu müdafiə ediblər.

Qeyd edək ki, Eriksen Avro-2020-nin qrup mərhələsində Danimarka milliinin heyətində Finlandiya ilə matçda huşunu itirmişdi. Bundan sonra onu infarkt keçirdiyi məlum olmuşdu. Onun ürəyinə cihaz yerləşdirildiyinə görə klubu "İnter"də meydana çıxmağı mümkünsüz olduğundan tərəflər müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam vermişdilər. Yanvarın 31-də "Brentford"a keçən futbolçu 2 gün əvvəl "Manester Yunayted"lə 3 illik sözləşmə üçün razılaşıb. O, 2013-2020-ci illərdə "Tottenhem"də oynayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]