Türkiyə Ermənistanı Azərbaycanla birlikdə yeni plana daxil edir - Fidandan tarixi açıqlama

30-08-2026, 09:38           
 Türkiyə Ermənistanı Azərbaycanla birlikdə yeni plana daxil edir -
Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasından sonra regionda bütün ölkələri əhatə edə biləcək vahid təhlükəsizlik arxitekturasının yaradılması perspektivi gündəmə gələ bilər.

Musavat.com xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib.

Fidanın sözlərinə görə, hazırda belə bir təhlükəsizlik mexanizminin yaradılması ilə bağlı aktiv danışıqlar aparılmır və məsələ hələlik strateji perspektiv kimi nəzərdən keçirilir.

Türkiyənin xarici işlər naziri vurğulayıb ki, Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması regionda yeni təhlükəsizlik mühitinin formalaşmasına imkan yarada bilər.

Hakan Fidan, həmçinin Türkiyə ilə Azərbaycan arasındakı strateji tərəfdaşlığın regional sabitliyin təmin edilməsində əsas rol oynadığını qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]