ABŞ sahillərinə güclü tropik qasırğa yaxınlaşır

2-09-2026, 08:37           
ABŞ sahillərinə güclü tropik qasırğa yaxınlaşır
Atlantik okeanının Amerika (Meksika) körfəzinin şərq hissəsində "Eduard" tropik qasırğası formalaşıb.

Bu barədə ABŞ Milli Qasırğa Müşahidə Mərkəzi məlumat yayıb.

Məlumata görə, "Eduard" Luiziana ştatının Kameron şəhərindən təxminən 45 kilometr, Texas ştatının Port-Artur şəhərindən isə 80 kilometr məsafədə yerləşir.

Qasırğa saatda təxminən 13 kilometr sürətlə şimal-qərb istiqamətində hərəkət edir. Təbii fəlakət ərazisində küləyin maksimal sabit sürəti saniyədə təxminən 23 metr təşkil edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]