İlon Mask "OpenAI" rəhbərliyini texnologiya oğurluğunda ittiham etdi

31-08-2026, 15:34           
İlon Mask "OpenAI" rəhbərliyini texnologiya oğurluğunda ittiham etdi
"Tesla" və "SpaceX" şirkətlərinin rəhbəri İlon Mask "OpenAI" şirkətinin baş direktoru Sem Altmanı və şirkətin prezidenti Qreq Brokmanı “tamamilə etibarsız” adlandıraraq onları oğurluqda ittiham edib.

O, bu barədə X sosial şəbəkəsində yazıb.

“Fırıldaqçı Altman və Stokman tamamilə etibarsız əclaflardır, onlar açıq mənbəli qeyri-kommersiya təşkilatını oğurlayıblar”, deyə Mask qeyd edib.

Qeyd olunur ki, Mask paylaşımında Altman və Brokmanın adlarını qəsdən təhrif edib. O, Altmanın soyadını ingiliscə “scam” (“dələduzluq”), Brokmanın soyadını isə “stockman” (“çoban”) sözü ilə əvəzləyib.

Amerikalı sahibkar bu sözlərlə proqramlaşdırma alətləri hazırlayan "Cursor" şirkətinin "SpaceX" tərəfindən nəzarətə götürülməsindən sonra "OpenAI"nin onunla əməkdaşlığı dayandırmaq qərarı barədə yayılan məlumatlara münasibət bildirib.

Bundan əvvəl ABŞ məhkəməsi İlon Maskın "OpenAI"yə qarşı iddiasını rədd edib. Sahibkar şirkət rəhbərliyini ilkin qeyri-kommersiya missiyasından uzaqlaşmaqda ittiham edirdi.

Mask "OpenAI"nin ilkin xeyriyyə modelinə qaytarılmasını, şirkətin rəhbərləri Sem Altman və Qreq Brokmanın idarəçilikdən uzaqlaşdırılmasını, həmçinin 180 milyard dollar məbləğində təzminat ödənilməsini tələb edirdi.

Üç həftə davam edən məhkəmə araşdırmasının sonunda hakim iddiaların iddia müddəti pozulmaqla qaldırıldığı qənaətinə gəlib və işi rədd edib.

Paşa Məmmədli












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]