Nepaldakı yeni “canlı ilahə” cəmi 2 yaş 8 aylıqdır

31-08-2026, 09:34           
Nepaldakı yeni “canlı ilahə” cəmi 2 yaş 8 aylıqdır
Nepalda cəmi 2 yaş 8 aylıq Aryatara Şakya yeni Kumari – “canlı ilahə” seçilib.
Aryatara hindu bayramı Daşayn münasibətilə keçirilən mərasim zamanı ictimaiyyətə rəsmi şəkildə təqdim olunub. O, əvvəlki Kumari ənənəyə əsasən bu müqəddəs vəzifəni davam etdirə bilməyəcəyi yaşa çatdıqdan sonra onun yerini tutub.
Kumari nevar xalqının Şakya klanından olan qızlar arasından ciddi və qədim meyarlar əsasında seçilir. Seçildikdən sonra isə həm hindular, həm də buddistlər tərəfindən ilahə kimi qəbul edilir və böyük ehtiramla qarşılanır.
Ənənəyə görə, Aryatara yetkinlik yaşına çatana qədər məbəd-sarayda, nisbətən təcrid olunmuş şəraitdə yaşayacaq. O, gündəlik həyatdan uzaq tutulacaq və insanlar tərəfindən müqəddəs varlıq kimi ziyarət ediləcək.
Aryataranın atası Ananta Şakya qızının həyatında baş verən bu böyük dəyişikliyi dərk etməyin onun üçün heç də asan olmadığını deyib:
“Dünənə qədər o, mənim sadəcə qızım idi. Bu gün isə ilahədir”.
Rübabə Səməndər Runa












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]