Everestin buzu insan sidiyinə görə əriyir
1-09-2026, 07:14

Everest sürətlə təmiz təbiətin simvolundan yüksək hündürlükdə yerləşən bir kurorta çevrilir. Espresso barları, Wi-Fi, isti duşlar və hətta xalçalı və qızdırılan döşəməli çadırlar Baza Düşərgəsində alpinistləri gözləyir.
The New York Times qəzeti yeni bir araşdırmaya istinadən bildirir ki, hər yaz Kxumbu buzlağı dağ ziyarətçilərinin rahatlığı üçün, yandırılan enerji səbəbindən təxminən 3 milyon kiloqram buz və qar itirir. Təkcə 2023-cü ildə təxminən 1600 çadırı qızdırmaq və enerji ilə təmin etmək üçün yüzlərlə qaz balonu, təxminən 19.000 litr kerosin və 5.000 litrdən çox benzin istifadə olunub.
Buzlağının əriməsinə isə, insan sidiyinin böyük təsiri var. Belə ki, turistlər tualetlərini buzlaqlara etdiyi ucbatından buzlağın təxminən 154 ton buzu əriyib və yerli sakinlərin içdiyi buzlaq sularına qarışıb. 30 illik peyk məlumatları Baza Düşərgəsində temperaturun qonşu ərazilərə nisbətən təxminən iki dəfə sürətlə artdığını və Everestin buzlaqlarının ərimə sürətinin 2009-cu ildən bəri təxminən iki dəfə artdığını təsdiqləyib.
Alimlər xəbərdarlıq edirlər ki, bu, təkcə uçqunlar və buzlaq gölünün partlaması ilə bağlı daşqınlarla deyil, həm də Nepalın içməli suyuna, enerji təchizatına və bütün iqtisadiyyatına təsir göstərir. Yeganə bir seçim var ki, o da düşərgəni buzlaqdan sabit yerə köçürmək və Everesti planetin həssas yerlərini qorumaq üçün, bir modelə çevirməkdir.
Есмира Шукурова

