Bakıda bura gedənlərə PULSUZ YEMƏK veriləcək - FOTO

5-06-2022, 00:05           
Bakıda bura gedənlərə PULSUZ YEMƏK veriləcək - FOTO
Bakının Sabunçu rayonu Zabrat qəsəbəsində yerləşən avtomobillərin texniki baxış məntəqəsində bir sıra yeniliklər edilib.
Pravda.az-ın məlumatına görə, artıq məntəqəyə gələnlərə bir sıra pulsuz xidmətlər göstəriləcək.
Texniki baxış məntəqəsində xüsusi gözləmə zalı var. Burada növbə gözləyənlərə çay, kofe, hətta yemək də verilir. Bütün bunlar isə pulsuz təklif olunur.
Bundan əlavə, məntəqədə şəhid və qazi ailələrinin rahatlığı da nəzərə alınıb.
Belə ki, həmin təbəqədən olanlara ayrıca qəbul bölməsi, pəncərə fəaliyyət göstərir. Müraciət edən şəhid və qazi ailələri burada narahatlıq olmadan, operativ şəkildə problemləri həll olunur və onlara lazımi xidmət göstərilir. Bu isə dünyada tətbiq olunan yeniliklərdən biridir.
Həmçinin texniki baxış məntəqəsində sürücülər üçün qaynar-xətt də fəaliyyətə başlayıb. Avtomobil sahibləri cərimələri və texniki baxışlar bağlı suallarına (012) 511-08-40 şəhər nömrəsinə zəng edərək cavab ala bilərlər. Qeyd olunan əlaqə nömrəsi isə istisnasız olaraq, hər gün fəaliyyət göstərir.Lent.az















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]