Avstraliya sahillərində dünyanın ən böyük bitkisi TAPILDI

2-06-2022, 10:15           
Avstraliya sahillərində dünyanın ən böyük bitkisi TAPILDI
Alimlər genetik testlərdən istifadə ilə Qərbi Avstraliyadakı böyük bir sualtı çəmənliyin əslində bir bitki olduğunu müəyyənləşdiriblər.

Onun azı 4500 il ərzində bir toxumdan yayıldığı güman edilir.

Qərbi Avstraliya Universitetinin tədqiqatçıları dəniz yosununun təxminən 200 kvadratkilometr ərazini əhatə etdiyini açıqlayıblar.

Avstraliya sahillərində tez-tez rast gəlinən növlərin genetik müxtəlifliyini anlamaq üçün yola çıxan komanda Şark Bey körfəzindəki kəşflə qarşılaşıb.

Tədqiqatçılar körfəz boyunca tumurcuqları toplayıblar və hər bir nümunədən “barmaq izi” yaratmaq üçün 18 000 DNT markerini araşdırıblar.

Çəmənliyin neçə bitkidən ibarət olduğunu kəşf etməyi hədəfləyən qrup orada yalnız bir bitki olduğunu müəyyənləşdirib.

200 kv.km-dən çox əraziyə yayılan bitki Manhetten adasından üç dəfə böyük, təxminən 20 min futbol sahəsi boydadır.

Mənbə: The Guardian












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]