"Benzin və dizelin qiymətinin növbəti dəfə qalxması çox böyük problemlərə səbəb ola bilər" - ekspert UYARDI

1-06-2022, 11:29           
"Benzin və dizelin qiymətinin növbəti dəfə qalxması çox böyük problemlərə səbəb ola bilər" - ekspert UYARDI
"Neftin qiyməti qalxandan bəri ölkədə avtomobil yanacağının qiymətinin artacağı barədə fikirlər irəli sürülür. Ancaq hazırki vəziyyətdə yanacağın qiymətinin qalxması məsələsi real görünmür. Hökumət bu addımı atmaz. Çünki benzin və dizel yanacağının qiymətinin növbəti dəfə qalxması çox böyük problemlərə səbəb ola bilər”.
Teref.az xəbər verir ki, bunu Bakupost.az -a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib.

“Azərbaycanın dövlət büdcəsində kifayət qədər vəsait var. Ona görə də benzinin qiymətinin artmasına ehtiyac görmürəm. Əhalinin maaşını, pensiyasını, sosial təminatını nəzərə alaraq, bu addımı atmaq düzgün olmaz. Benzin və dizel yanacağının qiymətinin artması aztəminatlı əhali üçün çox böyük zərbə ola bilər”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]