Qətər şahzadəsi yüksək dozalı narkotikdən öldü - FOTO

1-06-2022, 11:58           
Qətər şahzadəsi yüksək dozalı narkotikdən öldü - FOTO
Qətərin şahzadəsi Qasia Qallanio vəfat edib.

Bizim.Media xəbər verir ki, Polşa əsilli amerikalı 45 yaşlı Kasia Qallanionun meyiti İspaniyanın Marbella şəhərindəki evində polis tərəfindən tapılıb.

O, Qətərin sabiq neft naziri və kral ailəsinin üzvü Əbdül Əziz bin Xəlifə Al Taninin üçüncü arvadı idi.

Qeyd edək ki, 2004-cü ildə evlənən və 2006-cı ildə boşanan cütlüyün 3 qızı var.

Qallanio qızlarının qəyyumluğu üçün illər boyu mübarizə aparıb. O, keçmiş ərini qızlarından birinə cinsi istismarda ittiham etsə də, məhkəmədə uduzub. Uşaqlar Parisdə atalarının yanında yaşayırlar.

Fransanın "Le Parisien" qəzeti şahzadənin ölümünün ilkin versiyasının narkotikin həddindən artıq dozası olduğunu bildirib.
















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]