Təyyarə təslimatlarında ciddi azalma müşahidə edilir - FOTO

10-06-2020, 00:02           
Təyyarə təslimatlarında ciddi azalma müşahidə edilir - FOTO
Bu azalma ilin əvvəlindən bəri davam edir. Koronavirus pandemiyasına görə uçuşların kəskin azalması şirkətlərin yeni təyyarələrə olan tələbatına da xeyli azaldıb. Hazırda bütün dünyada olan təxminən 26 000 təyyarədən 16 000-nin 2 aydan çoxdur ki, uçmadığı təxmin edilir.

Xüsusilə 737 MAX-larda bir-birinin ardınca aşkarlanan problemlər, həm də bu təyyarələrin uçuşlarına qadağanın davam etməsi Boeing-in rəqəmlərinə mənfi təsir edib. Azalma pandemiyaya görə martdan etibarən daha da sürətlənib və hazırda yox təslimatlar yox dərəcəsindədir. Bu halın növbəti aylarda da davam etməsi gözlənilir.

Teref.Az autograph.az-a istinadən bildirir ki, eyni problem Airbus-da da müşahidə edilir. Düzdür, avropalıların təyyarələri ilə bağlı hər hansı qadağa mövcud deyil, lakin tələbatın azalması Boeing kimi, onların da bir çox zavodunun müvəqqəti bağlanmasına, bəzi sifarişlərin də ləğv edilməsinə gətirib çıxarıb. İstənilən halda, işləri amerikanlarla müqayisədə, daha rahat və planlıdır.

Koronavirusa görə olan məhdudiyyətlər aradan qalxdıqdan sonra başqa problem ortaya çıxa bilər - şirkətlərin, xüsusilə də, Boeing-in əlində yüzlərlə hazır təyyarə var ki, onları qısa zamanda müştəriyə çatdırmaq asan olmayacaq. İstehsal olunaraq qadağaların ləğvini gözləyən MAX-ların sayının 400 olması vəziyyətin nə yerdə olduğunu göstərir...












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]