Elm və Təhsil Nazirliyinin işçilərinin yeni say həddi müəyyənləşib

23-09-2023, 16:45           
Elm və Təhsil Nazirliyinin işçilərinin yeni say həddi müəyyənləşib
Nazirlər Kabineti Elm və Təhsil Nazirliyinin Aparatının və strukturuna daxil olan qurumların işçilərinin ümumi say həddinin təsdiq edilməsi barədə qərar verib.

APA-nın xəbərinə görə, qərara əsasən, Elm və Təhsil Nazirliyinin Aparatının işçilərinin say həddi 180 ştat vahidi, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil 2 üzrə Dövlət Agentliyinin işçilərinin say həddi 43 ştat vahidi, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin işçilərinin say həddi 43 ştat vahidi, Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin işçilərinin say həddi 882 ştat vahidi təsdiq edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]