Azərbaycanda MMC-lərlə bağlı bir sıra yeniliklər olacaq

21-09-2023, 14:28           
Azərbaycanda MMC-lərlə bağlı bir sıra yeniliklər olacaq
Azərbaycanda MMC-lərin qeydiyyat məlumatlarında dəyişikliyin elektron qaydada həyata keçirilməsi ilə bağlı proqram təminatının hazırlanması, kommersiya qurumlarının benefisiar mülkiyyətçisi (mülkiyyətçiləri) barədə məlumatların dövlət qeydiyyatına alınması və həmin məlumatların dövlət reyestrinin aparılması, riskli vergi ödəyicilərinin hüquqi şəxs təsis etmək hüququnun qanunvericiliklə məhdudlaşdırılması kimi tədbirlər həyata keçirilir.

Bunu qurumun Dövlət qeydiyyatı baş idarəsinin şöbə rəisi Leyla Hüseyn-zadə bildirib.

Bundan başqa, onun sözlərinə görə, MMC-lərin elektron qeydiyyatının daha təkmil formada həyata keçirilməsi (“üz tanıma” üsulları), xarici investisiyalı MMC-lərin e-qeydiyyatı zamanı hüquqi ünvanı təsdiq edən sənədin e-ərizəyə əlavə edilməsi tələbinin aradan qaldırılması, işçilərin əmək müqavilələri məlumatlarının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin informasiya sisteminə ötürülməsi və s. yeniliklərin tətbiqi nəzərdə tutulur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]