Naxçıvanda sabiq icra başçısına məxsus hoteldə əxlaqsızlıq yuvası aşkarlandı

14-07-2023, 00:01           
Naxçıvanda sabiq icra başçısına məxsus hoteldə əxlaqsızlıq yuvası aşkarlandı
Bir müddət öncə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin apardığı əməliyyat nəticəsində Babək rayonu Şəkərabad kəndi ərazisində yerləşən “Nəqşicahan” hotelində əxlaqsızlıq yuvasının olduğu aşkarlanıb.

Gununsesi.info xəbər verir ki, Naxçıvan Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Vüqar Səfərova məxsus hoteli işlədən Şərur rayon sakini, 1994-cü il təvəllüdlü Təbriz Musayev saxlanılıb.

Artıq onun məhkəməsi başa çatıb. Babək Rayon Məhkəməsində keçirilən prosesdə Təbriz Musayev Cinayət Məcəlləsinin 244-cü (Əxlaqsızlıq yuvaları saxlama) maddəsi ilə təqsirli bilinib. Məhkəmədə Təbriz Musayev törətdiyi əməli etiraf edib və peşman olduğunu bildirib.

O, məhkəmənin hökmü ilə 3200 manat cərimələnib.

Qeyd edək ki, “Nəqşicahan” hotelinin həmin hissəsi bağlanıb və həyətyanı sahədə olan kotejlər sökülür.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]