“Şərq Bazarı”nın yenidən qurulmasında əsas şirkətlərdən olan “6-cı Mərtəbə” ilə bağlı iki iddia qaldırıldı

30-06-2023, 12:14           
“Şərq Bazarı”nın yenidən qurulmasında əsas şirkətlərdən olan “6-cı Mərtəbə” ilə bağlı iki iddia qaldırıldı
Bakı Kommersiya Məhkəməsində "Mecc" MMC-nin "6-cı mərtəbə" müstəqil şirkətinə qarşı iki iddia üzrə məhkəmə çəkişməsi davam edir.

Teref.az ın Pravda.az-a istinadən əldə etdiyi məlumata görə, ayrı-ayrı hakimlərin sədrliyi ilə keçirilən prosesdə tərəflərin sənədləri dəqiqləşdirilib.

Məhkəmənin növbəti iclası iyulun 4 və 6-na təyin edilib.

"Mecc" MMC "6-cı mərtəbə" müstəqil şirkətini məhkəməyə verərək podrat müqaviləsi üzrə mübahisələr barədə tələb irəli sürüb.

Qeyd: “6-cı mərtəbə” müstəqil şirkəti “Şərq Bazarı”nın yenidən qurulmasında əsas şirkətlərdən olub. Bir müddət əvvəl mətbuatda yayılan məlumatlarda bildirilir ki, bazarın bərpasında iştirak etmiş subpodratçı şirkətlər - “MV Group” MMC, “MECC” MMC və “İdea Yapı” MMC “6-cı Mərtəbə”dən şikayətçidirlər, çünki müqavilə öhdəlikləri yerinə yetirilməyib, pulları ödənilməyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]