Britaniya hökuməti işsizliklə mübarizə üçün 4,3 milyard funt sterlinq ayıracaq

25-11-2020, 06:44           
Britaniya hökuməti işsizliklə mübarizə üçün 4,3 milyard funt sterlinq ayıracaq
Böyük Britaniya höküməti pandemiyanın iqtisadi böhranı nəticəsində artan kütləvi işsizliyin aradan qaldırılması üçün 4,3 milyard funt sterlinq (5,7 milyard dollar) ayıracaq.

Trend-in məlumatına görə, bu barədə "PA" agentliyi dövlət xidmətlərinin göstərilməsinə yönəldiləcək hökumət xərclərinin ümumi icmalına istinadən bildirib.

Məlumata əsasən, bu məbləğin 2,9 milyard funt sterlinqi (3,9 milyard dollar) 1 milyondan çox işsizin əmək bazarına qayıtmasına kömək etmək üçün hazırlanmış üç illik "Restart" proqramına yönələcək. Bu proqram ilk növbədə bir ildən çoxdur ki, işsiz qalan insanlar üçün, xüsusilə həssas vəziyyətdə olan yaşlı bəhali qrupunun nümayəndələri üçün nəzərdə tutulacaq.
Digər 1,4 milyard funt sterlinq (1,9 milyard dollar) insanlara iş tapmaqda kömək edən dövlət agentliyi üçün əlavə maliyyələşdirməyə yönələcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]