İki şəkil arasındakı fərq

19-09-2023, 07:17           
İki şəkil arasındakı fərq
İki şəkil arasındakı fərqi müdafiə naziri Zakir Həsənovun mimikasından müəyyənləşdirmək olar.


Birinci şəkildə Zakir Həsənov sentyabrın 9-da qəbul etdiyi İran silahlı qüvvələrinin generalı Məhəmməd Əhədlə, ikinci şəkildə isə sentyabrın 18-də ölkəmizdə rəsmi səfərdə olan İsrail Dövlətinin Müdafiə Nazirliyinin Baş direktoru cənab Eyal Zamirlə təsvir olunub. Birinci görüşdə İranla əməkdaşlıq haqqında fikir söyləməyən Zakir Həsənov israilli qonaqla görüşdə isə əksinə Azərbaycan-İsrail münasibətlərinin hazırkı yüksək səviyyəsindən məmnunluğunu ifadə edib. Azərbaycan üçün iki dövlət arasında fərq bu qədər sadədir.
Elxan Şahinoğlu
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]