“İran Azərbaycana qarşı açıq savaşa girməkdə maraqlı deyil” - Arman Abovyan

27-03-2023, 18:43           
“İran Azərbaycana qarşı açıq savaşa girməkdə maraqlı deyil” -
Bunu Ermənistan parlamentinin deputatı Arman Abovyan deyib.

“İranla Azərbaycan arasında diplomatik mübarizə dayanmır, münasibətlər davamlı olaraq gərginləşir. İran ağır zirehli texnikalarını Azərbaycanla sərhədində yerləşdirir. Azərbaycan da ondan heç də geri qalmır, cavabını verir. Amma mən İranın dərhal Azərbaycana qarşı hərbi əməliyyatlara başlayacağını düşünənlərin hamısına tələsməməyə çağırıram. Çünki İran Azərbaycanla birbaşa münaqişəyə girməkdə o qədər də maraqlı deyil. Nəhayət, İran Azərbaycanla birbaşa qarşıdurmadan qaçmaq üçün hər şeyi edəcək”, - deputat bildirib.

Abovyanın sözlərinə görə, İran heç vaxt Ermənistana görə Azərbaycanla qarşıdurmaya getməyəcək:

“Əgər iranlılar nə vaxtsa azərbaycanlılarla birbaşa hərbi qarşıdurmaya getməyə qərar verərsə, bunu bizə yox, özünə görə edəcək. İran Ermənistanla sərhədini özünün “qırmızı xətt”i elan edib, çünki bu, onun sonuncu “açıq pəncərə”sidir. Amma qorxuram ki, iranlılar sonda Türkiyə və Azərbaycanla razılaşmağa üstünlük versinlər. Odur ki, eyforik şoklardan çıxmaq və anlamaq, “xarici xilaskarlar”a arxalanmamaq lazımdır”. //Teleqraf.com //












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]