Kadırovdan müsəlmanlara müraciət: "Kişi olun, Ukraynada döyüşə çıxın"

11-11-2022, 00:10           
Kadırovdan müsəlmanlara müraciət:
Kadırov bütün müsəlmanlara müraciət edib.

Çeçenistan rəhbəri Ramzan Kadırov bu barədə teleqram kanalda video paylaşıb.

“Mən bütün müsəlmanlara, qafqazlılara, Avropada yaşayan çeçen gənclərə müraciət edirəm. Nə oturmusunuz? Qalxın, döyüş batalyonları yaradın. Mən sizi silahlandıracam, geyindirəcəm, hər şeylə təmin edəcəm. İnancımız, dövlətimiz, suverenliyimiz naminə qalxın.

Hansısa azad Qafqaz haqqında, mübarizə zərurəti və sairə söhbətlərə təslim olmayın. Bu danışanlar və onların şüarları sizə yaxşı heç nə gətirməyəcək. Sadəcə olaraq gənclərdən öz boş ambisiyaları naminə istifadə edirlər. Onlara qulaq asma.

Bir daha Rusiya müsəlmanlarına müraciət edirəm: birləşin və Ukraynada satanistlərə qarşı döyüşə çıxın. Kişi olun. Məgər siz öz övladlarınızın gözlərinin içinə baxmağa utanmayacaqsınız? Onlar bir müddət sonra soruşacaqlar: Əsl kişilər və müsəlmanlar İblis qoşunlarına qarşı vuruşanda siz nə etdiniz? Vaxt varkən bu barədə düşünün ki, sonradan onların qarşısında qızarmayasan”, – Kadırov deyib. \\Konkret.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]