Həmişə demişəm: Azərbaycan dürüst düşməndir - Babayan

3-12-2020, 17:31           
Həmişə demişəm:
Bu saziş bizim üçün çox mürəkkəb, ağır müqavilədir. Brest müqaviləsi kimidir, hətta ondan da pis. Lakin biz anlamalıyıq ki, baş verənlər, ilk növbədə, başqa qüvvələrin deyil, öz günahımızdır. Mən Türkiyəni, Azərbaycanı günahlandırmıram, çünki onlar, əvvəl də deydiyim kimi, ən dürüst düşmənlərdir.

Axar.az xəbər verir ki, bu sözləri keçmiş və qondarma “dqr”in separatçı-terrorçu liderinin “müşaviri” David Babayan “RİA Novosti”yə müsahibəsində deyib.

“Onlar əsl niyyətlərini heç vaxt gizlətməyiblər. Həmişə deyirdilər ki, əsas məqsəd Xankəndidir, Şuşadır və sair. Bizim daxildən problemlərimizin olması isə başqa məsələdir. Biz Azərbaycana, Türkiyəyə uduzmamışıq, özümüz özümüzə uduzmuşuq. Bunu nəzərə almalıyıq. Biz yeni müharibənin strateji xarakterini həll edə bilməmişik. Bu isə müdafiə siyasətinin ən vacib şərtlərindən biridir”, - o bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]