Pentaqon əsgərləri Almaniyadan çıxarmaq üçün bir neçə plan hazırlayıb

28-06-2020, 09:42           
Pentaqon əsgərləri Almaniyadan çıxarmaq üçün bir neçə plan hazırlayıb
ABŞ Müdafiə Nazirliyi amerikalı hərbçilərin Almaniyadan çıxarılması üzrə bir neçə planı ölkə prezidenti Donald Trampa təqdim edəcək.

“Report” xəbər verir ki, bunu “TASS”a Pentaqonun rəsmi nümayəndəsi Conatan Hoffman deyib.

Onun sözlərinə görə, Müdafiə naziri Mark Esper 29 iyunda Trampa planlar barədə məruzə edəcək.

Qeyd edək ki, ABŞ Almaniyadakı hərbi kontingentinin sayını 25 min nəfərə qədər azaltmaq niyyətindədir.

ABŞ prezidenti Donald Tramp bəyan edib ki, Almaniyadakı hərbçilərin bir hissəsi Polşaya göndərilə bilər. Polşa tərəfi isə bunu qəbul edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]