"ABŞ bundan sonra xarici dövlətlərin işinə qarışmayacaq" - Donald Tramp

14-06-2020, 09:39           
"ABŞ bundan sonra xarici dövlətlərin işinə qarışmayacaq" - Donald Tramp
Nyu-York ştatında, Vest Poyntda yerləşən hərbi akademiyanın məzunları qarşısında çıxış edən ABŞ prezidenti Donald Tramp hərb və sülhdən danışıb.

Moderator.az-ın məlumatına görə, Donald Tramp öncə Amerika ordusunun yeni raketlərindən - dünyanın ən sürətli sərrast raketlərindən söz açıb. O deyib ki, 1600 kilometr məsafədən 70 santimetrlik hədəfi belə dəqiqliklə vurub məhv etməyə qadir olan, səsdən sürətli bu raketlər bütün dünyada, eləcə də Rusiya və Çində olan ən müasir raketlərdən 17 dəfə sürətlidir.

Daha sonra ABŞ prezidenti qürur hissi ilə bəyan edib:

"Biz sonu görünməyən müharibə erasına son qoyuruq". ABŞ-ın bundan sonra xarici dövlətlərin işinə qarışmayacağını söyləyən Tramp yad dövlətlərin ərazilərində baş verən hərbi konfliktlərdə daha tərəf kimi iştirak etməyəcəklərini açıqlayıb. Ağ ev sahibi ABŞ ordusunun əsgərlərini xarici münaqişə zonalarından çıxarıb geriyə, ölkəyə gətirməyi daha məqsədəuyğun hesab etdiyini söyləyib. Donald Tramp fikrini belə ifadə edib:

"Həyati əhəmiyyətli ən vacib dövlət maraqları, açıq siyasi baxış artıq Amerikaya qayıdıb. Hər şey öz yerini alıb. Biz uzaq ölkələrdə həllini tapmamış köhnə münaqişələri, hərbi toqquşmaları həll etməyə cəhd edirik, halbuki bir çoxları həmin dövlətlərin adını belə eşitməyiblər, biz bu dünyanın polisi deyilik axı".

Donald Trampın söylədikləri alqışlarla qarşılanıb. ABŞ prezidenti çıxışının sonunda böyük rəqibləri xəbərdar etməyi də unutmayıb. Prezident Tramp yenə hədə tonuna keçib: "Düşmənlərimiz bilməlidirlər ki, bizə qarşı müdaxilə olacağı təqdirdə biz amerikalılar ancaq qələbə üçün savaşacağıq".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]