Ağ Ev: Demokratlar Trampa hücum edərək vacib təşəbbüsləri əldən buraxıblar

25-09-2019, 07:08           
Ağ Ev: Demokratlar Trampa hücum edərək vacib təşəbbüsləri əldən buraxıblar
ABŞ-ın nümayəndələr palatasındakı demokratlar, ABŞ prezidenti Donald Trampa hücumları səbəbindən ictimaiyyət üçün vacib olan qanunverici təşəbbüslər əldən veriblər.

Trend-in məlumatına görə, bu barədə Ağ Evin sözçüsü Stefani Qrişamın qanunverici orqanın aşağı palatasına dövlət başçısının impiçmenti başlaması ilə əlaqədar yaydığı yazılı açıqlamada bildirilir.

Qeyd edək ki, Stefani Qrişam bunları bildirib: "Prezident Trampın bütün işlərini və nəticələrini geridə qoyaraq, nümayəndələr palatasının demokratları, bütün güclərini qərəzli siyasi hücumlara yönəltməklə bu ölkə xalqı üçün hər hansı bir qanunverici irəliləmə şansını məhv ediblər. Onların prezidentə etdiyi hücumlar nəinki qərəzli və acınacaqlıdır, eyni zamanda konstitusiya vəzifələrinə laqeyd münasibətdir".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]