Emin Əmrullayevin nəzərinə: Rus bölməsi üçün yazılan "Rus dili" dərsliyində 1990-cı il 20 Yanvar Bakı qırğını ciddi təhrif edilib...

18-01-2022, 08:45           
Emin Əmrullayevin nəzərinə:
Bakıda orta məktəblərin rus bölmələri üçün yazılmış 4-cü sinif üçün olan "Rus dili" dərsliyində 1990-cı il 20 Yanvar Bakı qırğını ciddi təhriflə verilib.
Uşaqlar üçün yazılmış mətndə qeyd edilir ki, Bakıda həmin qanlı gecədə Şəhid olmuş dinc sakinlər guya sovet ordusu ilə AXC silahlı dəstələri arasında baş verən atışmada həlak olub.
Təhsil Nazirliyinin bu kitabdan xəbəri var?
1990-cı ili 20 yanvar gecəsi Sovet ordusu heç bir xəbərdarlıq etmədən Bakı şəhərinə soxulub və dinc əhalini gülləbaran edib. Bunu ölkəmizdə bilməyən adam yoxdur. İndi bu kitabda belə mətn yazmaqla uşaqlara nəyi öyrətmək istəyirlər? Sovet ordusunun haqlı olduğunu? Şəhərdə harda orduya qarşı müqavimət olub? Bu mətni hansı "ağıllı" yazar tərtib edib?
SSRİ rəhbərliyi nə qədər çalışsa da bir nəfəri belə efirə çıxarıb Bakıda orduya qarşı müqavmət iştirakçısı kimi göstərə bilmədi.
Həmin gecə Sovet ordusu Qarabağdakı haqsızlığa etiraz edən Azərbaycan xalqını qanına qəltan edib.
Bu kitab tədrisdən yığışdırlmalıdır!
Xaqani Safaroqlu
Teref.az













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]