"Broker" Əbülfəz yenə öz "işində" - Əbülfəz Məlikova yeni səlahiyyətlət verilir? – Təfərrüatlar

7-03-2019, 11:56           
"Broker" Əbülfəz yenə öz "işində" - Əbülfəz Məlikova yeni səlahiyyətlət verilir? – Təfərrüatlar
"Trans Broker” ASC-nin rəhbəri, gömrük monopolisti kimi məşhur olan Əbülfəz Məlikova yeni səlahiyyətlərin veriləcəyi ilə bağlı məlumatlar var
Əbülfəz Məlikov son bir neçə aydır Abşeron Logistika Mərkəzinin baş direktoru vəzifəni tutur.

Məlumata görə, nəzarətindəki brokerlərin bəzisini Mərkəzə aparan Məlikov əvvəlki fəaliyyəti Abşeron Logistika Mərkəzində həyata keçirməyi planlaşdırır. Hazırda bu işə rəhbərlik Mərkəzdə çalışan Vahid adlı şəxsə həvalə olunub. Yaranmış bütün problemlər ondan soruşulur, nə lazımdırsa o edir.

Amma bəzi rəsmi prosedurların olmaması Məlikovun rahat fəaliyyətinə maneə yaradır. Odur ki, yaxın günlərdə Abşeron Logistika Mərkəzinə yeni səlahiyyətlər verilməsi gözlənilir. Bundan sonra Əbülfəz Məlikov rahatlıqla “öz fəaliyyətini” “qanuniləşdirəcək” deyə mənbə əlavə edir.

Bu səlahiyyətlətin nədən ibarət olması ilə bağlı məlumatları yaxın günlərdə sizə təqdim edəcəyik.(Bizimxeber.az)
"Broker" Əbülfəz kimi məşhur olan Əbülfəz Məlikov Azərbacana palma yağlarının gətirilməsi ilə gündəmə gəlib. Lakin Teref.az-ın media üstündən apardığı raşdırmalar nəticəsində məlum olub ki, Azərbaycan kömrüyündə monopoliyanın əsasını qoyan "Trans Broker” ASC indidə başqa adla yenədə əvvəlki fəaliyyətini davam etdirir.
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]