Azərbaycanda bu hotel müştərilərə narkotik təklif edir - FOTO

20-02-2019, 00:09           
Azərbaycanda bu hotel müştərilərə narkotik təklif edir - FOTO
Naxçıvanın "Duzdağ" hoteli müştərilərə narkotik təklif edir.

Teref.az open.az-a istinadən xəbər verir ki, hotelin rəsmi saytının rus və ingilis versiyasında "Restoran və bar" bölməsində yemək və narkotik təklifi barədə məlumat yerləşdirilib.

Məsələ ilə bağlı hoteldən verilən açıqlamaya görə, ola bilər ki, səhv olub: "Yalnışlıq baş verib. Belə bir şey ola bilməz. Səhv tez bir zamanda aradan qaldırılacaq".

Məlumat üçün bildirək ki, saytın Azərbaycan və türk versiyasında həmin təklif yeməklər və içkilər kimi qeyd edilib.

Qeyd edək ki, sayta açıqlama verildikdən sonra sözügedən səhv rus versiyasında düzəldilsə də, ingilis versiyasında hələ də qalmaqdadır.

Fotoları təqdim edirik:














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]