Əbülfəz Məlikovun ən böyük arzusu nə imiş... - İDDİA

1-02-2019, 13:22           
Əbülfəz Məlikovun ən böyük arzusu nə imiş... - İDDİA
Bu gün səf dəyişdirərək hazırki gömrük şefi Səfər Mehdiyevin yanı başında milyonları xırıd edən keçmiş broker Əbülfəz Məlikovla bağlı maraqlı məlumat almışıq. Belə ki, DİA.AZ-ı bilgiləndirən mötəbər mənbənin iddialarına görə, Əbülfəz Məlikov son prezident seçkiləri ərəfsində sən demə, vəifə gözləyirmiş və hətta ona bu barədə təminat da verilibmiş.

Mənbənin dia.az-a söylədikləri: "Məlumdur ki, Əbülfəz Məlikov keçmiş gömrük rəhbərliyinin, xüsusən də həmin dönəmdə gömrüyə nəzarəti əlində saxlayan Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərovun sayəsində indiki imkanlara, sərvətə sahib olub. Amma huna rəğmən Əbülfəz Məlikov FHN şefinə asi olaraq çətir dəyişdirdi və hətta bu dəıyişikliyinə görə, ona yeniləşən gömrükdə vəifə vədi də edilibmiş".

Mənbə iddia edir ki, Əbülfəz Məlikova gömrükdə ya birinci müavin, ya da Bakı Baş Gömrük İdarəsinin rəisi postu vədi verilsə də, sonradan belə bir addım atılmayıb: "Əslində gözlənilən idi də.Çünki əgər Əbülfəz Məlikov illər ərzində ona etimad göstərib, ona milyonları qazandıran şəxslərə bir günün içində xəyanət etməyi gö önünə ala bilirsə, deməli, ertəsi gün də bu gün ona sahib çıxanları rahatlıqlar qara qəpik dəyərində qiymətləndirə bilər. Məhz bu etimadsızlıq səbəbindən Əbülfəz Məlikova heç bir vəifə verilməyib".

İddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq...












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]