Namibiyada şirlərə görə məktəblər bağlanıb

18-05-2024, 13:14           
Namibiyada şirlərə görə məktəblər bağlanıb
Namibiya hakimiyyəti ölkənin şimalındakı Şərqi Kavanqo bölgəsində dörd məktəbi müvəqqəti bağlamalı olub.

Məlumata görə, təhsil müəssisələrinin yaxınlığında bir neçə şir ailəsi su içmək üçün Okavanqo çayına gəlib.

Yırtıcıların yolu yerli məktəblilərin məktəbə getdikləri marşrutlardan keçir. Eyni zamanda müəllimlərin özləri də mütəmadi olaraq təhsil müəssisələrinə bu yolla gəlirlər.
Odur ki, müəllimlər şirlər ərazidən çıxıb gedənədək uşaqların evdə qalmasına icazə veriblər.

Mənbə: TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]