Pep Qvardiola Ukrayna hərbçilərinə hədiyyə GÖNDƏRDİ - VİDEO

8-07-2022, 08:02           
Pep Qvardiola Ukrayna hərbçilərinə hədiyyə GÖNDƏRDİ - VİDEO
Müasir futbolun ən yaxşı məşqçilərindən biri olan Pep Qvardiola Ukrayna hərbçilərinə inanılmaz hədiyyə göndərib.

Sfera.az segodnya.ua-ya istinadən xəbər verir ki, o, bu jesti futbol agenti Oleq Smaliyçukun hədiyyəsinə cavab olaraq edib.

Bİr müddət əvvəl Smaliyçuk ön cəbhədə olan hərbçilərlə birlikdə futbol oynayıb və topu Pep Qvardiolaya hədiyyə edib. Bu yolla onlar futbol mütəxəssisinə Ukraynanı və Aleksandr Zinçenkonu dəstəklədiyinə görə təşəkkür ediblər.
Lakin Qvardiola da borclu qalmayaraq, əvəzində rəhbərlik etdiyi “Mançester Siti”nin oyunçuları tərəfindən imzalanmış topu Ukrayna müdafiəçilərinnə göndərib.

“Oleq, hədiyyənizi aldım. Göndərdiyiniz videoya görə sizə və uşaqlarınıza çox sağ olun. Bu məni çox təsirləndirdi.

Mən də sənə top göndərmək istəyirəm. Ümid edirəm o sənə çatar. Bu top sizin və dostlarınız üçün Premyer Liqanın son qalibi olan Mançester Siti”nin bütün oyunçuları tərəfindən imzalanıb.

Əlbəttə ki, sizə hər şeyin ən yaxşısını arzulayıram. Ümid edirəm ki, bu müharibə tezliklə bitəcək və siz normal həyata, yaxınlarınızın yanına qayıdacaqsınız”, - Qvardiola bildirib.

Xatırladaq ki, Qvardiola dəfələrlə Ukraynanı dəstəkləyib. O hətta Aİ və NATO-nu bu ölkəyə kifayət qədər dəstək vermədiyinə görə qınayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]