Ötən gün Əfqanıstanın paytaxtı Kabildə törədilən terror aktı zamanı “Taliban”ın yüksək rütbəli nümayəndələrindən birinin öldüyü məlum olub.
Metbuat.az xəbər verir ki, “Taliban” hücum zamanı Həmdullah Mohlisin öldüyünü açıqlayıb.
Qeyd edək ki, terror aktı zamanı hərbi tibb mərkəzində güclü partlayışlar ardınca isə atışma baş verib. Terror aktı zamanı 20-dən çox insan həlak olub. 50 yaralı var. Hücuma görə məsuliyyəti İŞİD terror təşkilatı üzərinə götürüb.