Oğrular Bakıda mağazanı belə yardılar - ANBAAN VİDEO

20-10-2021, 18:14           
Oğrular Bakıda mağazanı belə yardılar - ANBAAN VİDEO
Paytaxtın Binəqədi rayonunda yerləşən obyektlərdən birindən oğurluq edilib.

Bizim.Media xəbər verir ki, naməlum şəxs obyektin qapısını qıraraq içəri daxil olub kassa aparatında olan 9000 manatı oğurlayaraq hadisə yerindən yayınıb.

Həmin şəxsin mağazaya daxil olması təhlükəsizlik kameraları vasitəsi ilə də görüntülənib.

Binəqədi Rayon Polis İdarəsinin (RPİ) 5-ci Polis Bölməsinin (PB) əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində həmin hadisəni törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Səbuhi Sultanov saxlanılıb. Həmin şəxs ifadəsində qeyd edilən hadisəni törətdiyini etiraf edib.

Bölmə əməkdaşlarının həyata keçirdikləri digər bir əməliyyat tədbiri nəticəsində rayon ərazisində yerləşən daha bir mağazadan oğurluq edən şəxs saxlanılıb. Əməliyyat zamanı yetkinlik yaşına çatmadığına görə şərti adı Elsevər Mahmudov olan şəxs tutulub.


Araşdırma zamanı onun Binəqədi rayonunda yerləşən obyektlərdən birinə açıq qalmış qapıdan daxil olaraq kassadan pul oğurladığı məlum olub.


Bu şəxsin də mağazaya daxil olaraq oğurluq etməsi təhlükəsizlik kameraları vasitəsi ilə görüntülənib.

Saxlanılan hər iki şəxs barəsində 5-ci Polis Bölməsində toplanan materiallar araşdırmaların davam etdirilməsi üçün Binəqədi RPİ-nin İstintaq Şöbəsinə göndərilib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]