Vüsalə Mahirqızından çağırış: "Dostlar, ölkənin və millətin hazırkı əhvalının əleyhinə olan,.."

14-10-2020, 07:50           
Vüsalə Mahirqızından çağırış:
Dostlar, ölkənin və millətin hazırkı əhvalının əleyhinə olan, ictimai rəyin əksini söyləyən, özünün toplumdan "fərqləndiyini" nümayiş etdirənlərə reaksiya verməyək. Onlar o çıxışları edəndə, statusları yazanda qəzəb, əsəb yaradacaqlarını, tənqid, hətta təhqir olunacaqlarını gözəl bilirlər. Elə bu reaksiyalara da hesablayıb yazırlar. Biz reaksiya verməsək, hətta qəzəblə, etirazla olsa belə onların statuslarını tirajlamasaq, məqsədlərinə çatmayacaqlar. Nəticə nə olacaq?
1. Onlara "liberalizm" və ya "pasifizm" "dəyərinin" ( ona görə dırnaqarası ki, onların elədiyinin liberalizm və pasifizmlə əlaqəsi yoxdu. "Peaceful" görüntüsüdü) təbliği üçün qrant ayıranlar ictimai rəydə təsirsiz olduqlarını görəndə etməyəcəklər, pulsuz qalacaqlar.
2. Statuslarına reaksiya olmasa, tv-lərə, başqa platformalara çıxarılmayacaqlar, məşhurlaşa bilməyəcəklər
3. "Həyatlarına təhlükə" şüvəni ilə xaricə köçə bilməyəcəklər.
Onların arzularının gerçəkləşməsinə mane olaq. Çox sadəcə, görməyək, iqnor edək, əhəmiyyət verməyək. Bir toplumun içindəki 3-5 nəfər təhlükə deyil, ola da bilməz.
Vüsalə Mahirqızı
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]