Rusiya bir qrup şəxsi xarici agent elan edib.

2-09-2023, 11:18           
Rusiya bir qrup şəxsi xarici agent elan edib.
Bu barədə ölkənin Ədliyyə Nazirliyi məlumat yayıb.

Nazirlik “Novaya qazeta”nın baş redaktoru, Nobel mükafatı laureatı Dmitri Muratov, iqtisadçı Konstantin Sonin və komediya aktyoru Ruslan Belı xarici agentlər siyahısına daxil edib .

Bildirilir ki, ümumilikdə doqquz Rusiya vətəndaşı və bir təşkilat xarici agentlər siyahısına əlavə edilib.

Digər şəxslər aşağıdakılardır:

"Dojd" telekanalının jurnalisti Denis Kataev,

Sankt-Peterburq Qanunvericilik Məclisinin keçmiş deputatı Maksim Reznik,

Yazıçı Oleq Radzinski,

"Exo Moskvı"nın keçmiş jurnalisti Oksana Barşeva (Kseniya Larina),

İçkeriyanın Rusiyadakı keçmiş Baş Nümayəndəsi Mairbek Vaçaqayev,

Aleksey Navalnının Voronejdəki qərargahının keçmiş rəhbəri Yevgeni Karpov.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]