Sinqapurda prezident seçkilərinin qalibi məlum olub 2-09-2023, 00:16 Sinqapurda keçirilən prezident seçkilərində baş nazirin keçmiş müavini Tharman Şanmuqaratnam qalib gəlib.APA xəbər verir ki, bu barədə “The Straits Times” məlumat yayıb.Sinqapur Seçki Departamentinin açıqladığı yekun nəticələrinə əsasən Şanmuqaratnam 70,4% səslə qalib gəlib.Onun rəqibləri - Nq Kok Sonq və Tan Kin Lian müvafiq olaraq 15,72% və 13,88% səs toplayırlar. Facebook-da paylaş