Polşa hərbi helikopteri Belarus sərhədini pozdu - VİDEO
2-09-2023, 09:14
Polşa hərbi helikopteri Belarus sərhədini pozub. Bakupost.az xəbər verir ki, bu barədə Belarus Sərhəd Komitəsi məlumat yayıb. "Sentyabrın 1-də günorta saatlarında Belarus sərhədçiləri Qrodno vilayətinin Berestovitski rayonunda Polşa tərəfindən hava məkanının pozulmasını qeydə alıblar. Polşaya məxsus "Mi-24" hərbi helikopteri dövlət sərhədini aşağı hündürlükdə keçərək, yüksəkliyə uçub. Belarus ərazisinə daxil olan helikopter sonra geri qayıdıb”, - deyə bildirilib. Sərhəd komitəsi bildirib ki, bu hadisə ilə bağlı Polşa tərəfi məlumatlandırılıb.