İtaliyada müsəlmanların çimərlik geyimləri qadağan ediləcək

16-08-2023, 12:38           
İtaliyada müsəlmanların çimərlik geyimləri qadağan ediləcək
İtaliyanın Venesiya yaxınlığında yerləşən Monfalkone şəhərində yerli sakinlərin kütləvi şikayətləri səbəbindən müsəlman çimərlik paltarlarının (burkini) geyinilməsi qadağan ediləcək.

Bu barədə şəhərin meri Anna Mariya Çizint məlumat yayıb.

“Biz ciddi adamlarıq, oktyabra qədər qadağa hazır olacaq”, - deyə şəhər rəhbəri təsdiqləyib.

O, həmçinin əlavə edib ki, belə bir qadağa ilk növbədə qadınların burkinidə çimməsi ilə bağlı sakinlərin çoxsaylı şikayətləri ilə bağlıdır. Mer qeyd edib ki, belə çimərlik paltarı ilə suya girmək həm gigiyenik baxımdan düzgün deyil, həm də italyan ənənələrinə ziddir.
Xatırladaq ki, burkini qadağası Fransanın Aralıq dənizi sahillərində də tətbiq olunub.

Mənbə: iz.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]